11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Ovannisyan məğlubiyyət anonsu verdi

Son günədək “məğlubedilməz erməni ordusu” barədə mif formalaşdırmağa çalışan Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan Zəngilan şəhərinin və onlarla kəndin azad olunmasından sonra “val”ı dəyişib.
QanunXəbər.com  Musavat.com-a istinadən xəbər verir ki, Ovannisyan ön cəbhədəki vəziyyət barədə danışarkən bildirib ki, ən gərgin döyüşlər cənub istiqamətində, Arazboyu ərazilərdə gedir.
A.Ovannisyan etiraf edib ki, Azərbaycan Ordusu Ermənistan ordusu qarşısında say və texniki üstünlüyə malikdir. Dediyinə görə, Azərbaycan bəzi bölgələrdə erməni tərəfinin gücünü 12 dəfə üstələyir.
“On iki dəfə çox, siz başa düşürsünüz, bu nə deməkdir? Müharibələr tarixində heç vaxt belə bir şey olmayıb, ya da nadir hallarda olub”, - deyən Ovannisyan dolayısı ilə cəbhədəki məğlubiyyəti “əsaslandırmağa” çalışıb. Ardınca da iddia edib ki, döyüşlərin ilk yeddi günündə Azərbaycan guya ciddi uğurlar qazanmayıb, amma sonrakı dövrdə hər gün “1-2 km” irəliləyib.
A.Ovvannisyan məğlubiyyətin elan olunması halında erməni xalqının və diasporunun qəzəbindən sığortalanmaq üçün deyib ki, hazırda Qarabağda supergüclərin arsenalında olan texnikadan istifadə olunur. Qeyd edib ki, burada yeni PUA-lar, yüksək dəqiqliyə malik raketlər, raket-artilleriya sistemləri, REB sistemləri var. “Biz beşinci nəsil müharibəni görürük”, - deyə MN rəsmisi əlavə edib.
A.Ovvanisyanın dedikləri ondan xəbər verir ki, N.Paşinyan tezliklə məğlubiyyətini etiraf edəcək və ən uzağı “dünya ölkələri, Rusiya bizə yardım etmədi, uduzduq”, - deyə, xalqı sakitləşdirməyə çalışacaq


Tarix: 21-10-2020, 00:49 Oxunub: 134


Bölməyə aid digər xəbərlər