11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Ermənistan yeni təxribatlara hazırlaşır? (ŞƏRH)

       "COP29 ərəfəsi və yaxud ondan sonra regionda hansısa təxribatlar baş verə bilər" - bunu açıqlamasında konfliktoloq Üzeyir Cəfərov Qərb tərəfindən Ermənistanın sürətlə silahlandırılmasının nəyə hesablandığına aydınlıq gətirərkən deyib.

     "Ermənistanın havadarlarının bu hərəkətləri erməni diasporunun həmin ölkələrin qərar qəbul etmə prosesinə təsirinin nəticəsidir. Eyni zamanda, seçkilər ərəfəsində olan bəzi  ölkələrdə ermənilərin elektoral bazasına hesablanmış addımlar atılır. Burada habelə, Azərbaycanda keçiriləcək COP29-la bağlı tədbir fonunda ölkəmizi təzyiqlərlə kompromisli sülhə məcbur etmə cəhdləri də hiss olunur. Ardınca da onlar ermənilərin Qarabağa yenidən qayıdışını ortaya qoymaq istəyir" - deyə Üzeyir Cəfərov bildirib.
 
 



    Ekspert deyir ki, Qərb Ermənistanın timsalında "Qafqazın İsraili" obrazını yaratmağa çalışır:

   "Yəni Ermənistan burada bir alət rolunda çıxış edir. Bir sözlə, Ermənistanın silahlandırılması belə ehtimal yaradır ki, COP29 ərəfəsi və yaxud ondan sonra regionda hansısa təxribatlar baş verə bilər. Bu yolla da Azərbaycanın COP29-dan faydalanmaq imkanını məhdudlaşdırmaq istəyirlər. Azərbaycan bunu duyduğundan təxribatlara getmir. Bütün hallarda onların məqsədi Ermənistanı qanadlandırıb, Azərbaycanı böyük güzəştli sülhə məcbur etməkdir. Ancaq buna nail ola bilməyəcəklər. Azərbaycan dövlətinin iradəsi ortadadır".

    Qeyd edək ki, Ermənistanın baş qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da işgüzar səfərdədir. Asryan oktyabrın 13-16-da  Vaşinqtonda ABŞ Ordu Assosiasiyasının illik silah sərgisində iştirak edib. Görünən odur ki, KTMT-də fəaliyyətini donduran Ermənistanın ABŞ-NATO orbitinə yaxınlaşması istiqamətində addımlar sürətlənir. Aİ mülki missiyası adı  altında sərhəddə kəşfiyyat fəaliyyəti həyata keçirir. 

    Ermənistan habelə ABŞ-la birgə hərbi təlimlər keçirir, NATO generalları ilə görüşləri intensivləşdirir. Eyni zamanda Ermənistan ABŞ, Fransa və Hindistandan silah alışını davam etdirir. Dehlidə dərc olunan "Alpha Defence” portalı xəbər yayıb ki, "Pralay” kvazi ballistik raketlərinin Ermənistana mümkün qədər tez tədarükü ilə bağlı Hindistan müqavilə bağlamaq niyyətindədir. Bir sözlə, Ermənistan sürətlə silahlanır. Bu da onun növbəti təxribatlara hazırlaşdığına işarədir. 

Rüfət Sultan
Qaynarinfo


Tarix: 18-10-2024, 07:42 Oxunub: 153


Bölməyə aid digər xəbərlər