16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Abşeron rayonunda yanğın baş verib

Abşeron rayon, Bakı-Sumqayıt şosesi, 129 ünvanında yanğın baş verib.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus tikilidə baş verdiyi və genişlənərək bitişik digər obyektlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 700m2 olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 120m2 sahədə, içərisində olan bəzi əşyalar yanıb.
Tikilinin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.


Tarix: 18-02-2023, 10:48 Oxunub: 799


Bölməyə aid digər xəbərlər
8-08-2022, 09:11 Bakıda inzibati bina yandı


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031