Bakıda zavodda güclü yanğın başladı -(Yeniləndi)

Fövqəladə Hallar Nazirliyi (FHN) Binəqədi rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ikimərtəbəli tikilidə (birinci mərtəbəsi ticarət obyekti kimi fəaliyyət göstərir) yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
***
Bakı şəhəri, Binəqədi rayonu ərazisində güclü yanğın başlayıb.
8-ci mikrorayon Naxçıvani küçəsi 55 ünvanında yerləşən zavodda başlayan yanğın güclü alovla müşahidə edilir.
Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən  bildirilib ki, hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib.
Əlavə məlumat veriləcək.
Qafqazinfo


Tarix: 14-10-2022, 10:47 Oxunub: 510


Bölməyə aid digər xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930