11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Dayaq” Sosial Maarifləndirmə İB-i yeni bir layihənin icrasına start verib

“Dayaq” Sosial Maarifləndirmə İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  “Əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi” layihəsinin icrasına başlayıb. Layihənin məqsədi əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarına ödənişsiz hüquqi yardımın göstərmək, dövlət siyasətinə dəstək verməkdir.
Əhalinin sosial cəhətdən həssas qruplarına (aztəminatlı və sosial cəhətdən həssas qruplar) pulsuz hüquqi konsultasiya xidməti göstəriləcək. Layihənin icrası nəzərdə tutulan 3 ayda Şamaxı və Bakı şəhərində hər birində 3 dəfə umumilikdə 6 dəfə  vətəndaşlarla görüşlər keçiriləcək.Qeyd olunan benefisiar qrup insanlara hüquqi yardımlar ediləcək.
 İB-in sədri Hicran Əliməmmədova bildirib ki, ünvanlı sosial yardımın, sosial müavinətlərin  verilməsi, işsiz kimi qeydiyyata düşüb müavinət alma, aztəminatlı sosial qrupların mənzil məişət şəraitinin yaxşılaşdırılması üçün növbəlilik, şəhid ailələri, I, II və III qrup əlillər üçün nəzərdə tutulan sosial sığorta pulunun alınması, “Əmək pensiyaları haqqında” qanunda edilən yeni dəyişikliklər,  pensiyaların təyini, yenidən hesablanması, nikahı pozulan ailələrdə böyüyən uşaqlara aliment təyini, alimentin tutulması, cinayət nəticəsində vurulan ziyanın ödənilməsi, təhsil, səhiyyə, sağlam ətraf mühitdə yaşamaq, əmək, məlumat və informasiya əldə etmək, ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı məlumatlandırma aparılacaq.  
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dayaq” Sosial Maarifləndirmə İB-i tərəfindən həyata keçiriləcək ilə  “Əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi” layihəsinin icrası 3 ay müddətində (01.09.2022-01.12.2022) nəzərdə tutulub.


Tarix: 15-09-2022, 09:54 Oxunub: 254


Bölməyə aid digər xəbərlər