16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
"Sülhün Memarı" - Günel Xəlilova

     Xəlilova Günel 12 avqust 2002-ci ildə anadan olmuşdur.  Sumqayıt Dövlət Universitetinin ingilis dili fakültəsini bitirmişdir.  O, təhsil aldığı və ya çalışdığı müddət ərzində özünü məsuliyyətli, çalışqan və dürüst bir şəxs kimi göstərmişdir.

     Günel verilən tapşırıqları vaxtında və dəqiqliklə yerinə yetirir, kollektivdə mehribanlığı və nəzakətli davranışı ilə seçilir. O, həmçinin yeniliklərə açıq, öyrənməyə maraqlı və təşəbbüskar bir gəncdir. Ətrafındakı insanlarla ünsiyyət qurma bacarığı yüksək səviyyədədir və əməkdaşlıq etməyi bacarır.

    Onun intizamlı davranışı, mədəniyyəti və zəhmətkeşliyi təqdirəlayiqdir. İctimai tədbirlərdə fəal iştirak edir, komandada işləmə bacarığı güclüdür. Ümumilikdə, Xəlilova Günel nümunəvi davranışı və müsbət xarakteri ilə hər zaman etimadı doğrultmuşdur.

    Əminik ki, o, gələcək fəaliyyətində də yüksək nəticələr göstərəcək və ona göstərilən etimadı doğruldacaqdır.

Günel qızımızın Ali Baş Komandana həsr etdiyi kiçik, lakin ürəkdən gələn hisslərini oxucularımıza təqdim edirik:

   

  Sülhün Memarı

Qarabağ dar gündə səslədi oğul,

Ərlər meydanında göründü bir qol.

Öndə bir sərkərdə, qürurlu bir yol...

Ali Baş Komandan! Həmişə Var ol! 


Yol çəkdi zəhmətlə o Zəngəzura,

Bayrağı yüksəltdi ucalıqlara!

Otuz il xəcalət göz yaşı axan 

Xarıbülbülümüz gül açdı bu an.


Əsgər dayanıqlı, əmrə sədaqət,

Qələbə soraqlı, müjdə həqiqət.

Sözü oldu silah, əməl oldu nur,

Ali Baş Komandan, bizimçün qürur!


Torpağa qovuşdu şəhid ruhları,

Baş qaldırdı  Xocalının haqları.

O gündən bu günə – tarixə izdir,

Qarabağ yurdumuz, Vətənimizdir!


Sülhün memarı var, sarsılmaz Vətən! 

Dövləti, ordusu, xalqıyla O, tən...

Millətə dayaqdır, dostlara güvən!

Ali Baş Komandan – haqqın səsidir!

Zəfərimiz zəfərlər zirvəsidir!


 Günel Xəlilovaya yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!!!








Tarix: 10-08-2025, 10:26 Oxunub: 537


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031