Qəbələ rayonunda gənc qadının hissələrə ayrılmış meyiti tapılıb.
Belə ki, dünən axşam saatlarında şəhər ərazisində məişət tullantılarının atıldığı qutudan qadın əli tapılıb.
Daha sonra qutularda sellofan torbalara yığılaraq atılmış meyitin digər hissələri aşkarlanıb.
Tapılan meyitin 20-25 yaşlarında olan gənc qadına aid olması ehtimal olunur.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində tapılan meyitin kimliyi məlum olub.
ATİA.AZ xəbər verir ki, meyiti tapılan qadın 1999-cu il təvəllüdlü Aytac Əliyevadır.
Gənc qadının həyat yoldaşı tərəfindən öldürüldüyü ehtimal olunurdu.
Sonra Qəbələ Rayon Prokurorluğundan verilən məlumta görə, aparılmış ilkin araşdırmalarla Qəbələ rayonu ərazisində Kemale Maksumbekovanın 2008-ci il təvəllüdlü azyaşlı oğlu ilə birlikdə şəxsi münasibətlər zəminində 1999-cu il təvəllüdlü Aytac Əliyevanın baş nahiyyəsinə daşla xəsarət yetirdikdən sonra yapışqanla baş və boyun nahiyyəsini bağlaması nəticəsində sonuncunun boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Kemale Maksumbekova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Bölməyə aid digər xəbərlər