2024-cü ilin yanvar-iyul aylarında ölkədə 70 milyard 544,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çox ümumi daxili məhsul istehsal olunub. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb.
ÜDM istehsalının 38,4 faizi sənaye, 9,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,7 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,1 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,0 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 6921,4 manata bərabər olub.
Bölməyə aid digər xəbərlər