11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Bənzərsiz Qələbə" - Çingiz Məmmədov

     Son 20 ilə nəzər yetirdikcə və Şanlı Qələbə təqvimini vərəqlədikcə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin hər bir təşəbbüsünün və qəbul etdiyi   bütün qərarların doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət etdiyinin şahidi oluruq. 2020-ci ilin 27 sentyabrı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında başlayan və cəmi 44 gün sonra tarixi Qələbə ilə başa çatan Vətən müharibəsinin başlandığı tarix kimi xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. O Vətən müharibəsi ki, şanlı Azərbaycan Ordusu döyüş meydanında əsl qəhrəmanlıq dastanı yazaraq xalqımızın 30 illik yurd həsrətinə 44 gündə son qoydular. 28 illik həsrətdən sonra azadlığına qovuşan, Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərində, eləcə də işğaldan azad olunan bütün torpaqlarımızda indi üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Əldə etdiyimiz tarixi Qələbimizə görə Müzəffər Ali Baş Komandana, canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borcluyuq və minnətdarıq. İllər ötəcək, nəsillər dəyişəcək, amma onların misilsiz xidmətləri, qəhrəmanlıqları heç zaman unudulmayacaqdır. Möhtərəm Prezidentimizin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. 
     Qürurverici haldır ki, Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər. Şuşa şəhəri azad edildikdən sonra Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir. Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur. Azərbaycan və türk əsgərlərinin çiyin - çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Qeyd edək ki, Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı qardaş Türkiyənin dəstəyini hiss etdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi - “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır.”
     Danılmaz həqiqətdir ki, Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş Müzəffər Orduya çevrilmişdir. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir  Ali Baş Komandanımız cənab İlham Əliyev çıxışlarının birində demişdir: "İkinci Qarabağ müharibəsi də bizim gücümüzü göstərdi, müasirliyi göstərdi. Çünki biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir. Dünya mətbuatında artıq dəfələrlə məlumat verilmişdir ki, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər." Ürəkdən səslənən, xalqın hisslərini əks etdirən Prezident İlham Əliyevin hər bir sözü, hər bir fikri xalqın hafizəsinə əbədi həkk olub, dillər əzbərinə çevrilib. Türkiyə - Azərbaycan qardaşlığı barədə söylədiyi  fikirlər də   xalqımıza əlavə güc verir. Dövlət Başçımız demişdir: ”Biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir - birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qarşıda ancaq yaxşı günlər olsun. Türkiyə - Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq".
     Bəli, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  rəhbərliyi altında  Milli Ordumuz 44 gün ərzində dünya tarixində əbədi qalacaq bənzərsiz Qələbə qazanaraq bütün   dünyaya sübut etdi ki, Azərbaycan xalqı qəhərəman və yenilməzdir, xalqımıza ancaq və ancaq Qələbələr yaraşır.

Çingiz Məmmədov,
YAP Qazax rayon təşkilatının əməkdaşı


Tarix: 3-11-2023, 15:16 Oxunub: 249


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı