13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
Daha 23 nəfər gəmi ilə Azərbaycandan Qazaxıstana yola salındı

COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 23 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan doqquz Azərbaycan vətəndaşı bu gün Qazaxıstana yola salınıblar. 
Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib.
Qeyd olunub ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Merkuri 1” bərə gəmisi ilə yola salınan vətəndaşlar hər zaman olduğu kimi ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı test keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.
Xatırladaq ki, cari ilin 13 may tarixindən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 3 ay ərzində isə ümumilikdə 163 Qazaxıstan vətəndaşı və 95 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.


Tarix: 19-07-2020, 22:31 Oxunub: 286


Bölməyə aid digər xəbərlər