ATİA.AZ-ın redaksiyasına Biləcəri qəsəbəsi, Xəqani küçəsi, bina 2, mənzil 1 ünvanında yaşayan Soltanov İlham tərəfindən daxil olan şikayəti yerində araşdırmaq üçün vaxt itirmədənhəmin ünvana üz tutduq.
Soltanov İlham 1985-ci ildən qeyd olunan ünvanda yaşayır, 2-ci qrup əlildir. Yaşadığı bina kooperativ binanın həyətində ağaclar əkib, bağ salıb, əsəb, sinir xəstəsi olduğundan gününün çox hissəsini elə bu bağda keçirir.
Birdən birə Rauf adında qonşu gəlib ki, həmin bağçanı mən Bələdiyyədən almışam, ağacları kəsib obyekt tikdirirəm. Əlində də Bələdiyyənin guya 2011-ci ildə verdiyi sənəd...
Gün ərzində çəkiliş apardığımız zaman bələdiyyə üzvü və icra nümayyəndəsinə zəng etdik. Zənglərimiz cavabsız qaldı.
Günün ikinci yarısı icra nümayyəndəsi Osman müəllim Xəqani küçəsi 2 nömrəli koperativ binaya yaxınlaşdı və aydınlıq gətirdi ki, Bələdiyyə qeyri qanuni satıb kooperativə aid olan həyəti... Hansı ki həmin həyət 85 ci ildən bu yana ağac və kollarla hasara alınıb. İcra nümayyəndəsi özü də təsdiqlədi ki qonşu digər qonşu tərəfindən salınmış bağı necə ala bilər. 2011 ci ildə alınıbsa nədən həmin vaxt davasını çəkməyib məhz 20. 07.2021 ci ildə polislə Soltanov İlhamın mənzilinə gələrək 35 il öncə salınmış bağın yarısı mənimdi deyərək 25.07. 2021 ci il tarixinəcən vaxt qoydurub.
Araşdirma zamanı məlum oldu ki, Rauf adlı şəxs kooerativə məxsus binanın həyətində qeyri-qanuni bina tikdirib və kirayəyə verib. Sənədi belə olmayan bu tikili bina sakinlərinin kooperativə məxsus həyətdən istifadəsinə əngəl törədir.
Kooperativ bibanın sədri Oqtay müəllimlə söhbət zamanı qeyd etdi ki, 3 ildi yaşadığı mənzilin komunal xərclərini belə ödəməyən Rauf adlı sakinin aldığı Bələdiyyə sənədi qanuni ola bilməz. Digər qonşuların da iştirakı ilə AKT tərtib olunaraq Cənab Prezidentə və digər aidiyyatı Qurumlara müraciət ünvanlandı...
Daha ətraflı video süjetdə:
AYGÜN NUR, ATİA.AZ
Bölməyə aid digər xəbərlər