11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Bir əsgərə ev bağışlayan "Cavid 2016" MMC digər əsgər anasının evini sökür...--İTTİHAM

"Cavid 2016" MMC rəhbərliyi yaxın keçmişdə Cəbrayılda bayrağ sancan əsgərə ev hədiyyə edən və bunu bütün saytlarda reklam etdirən tikinti şirkəti kimi xatırlanır. Dəqiq desək 2020-ci il oktyabrın 27-də Suqovuşan qəsəbəsinin azad edilməsindən sonra Azərbaycan bayrağını meydanda dirəyə taxaraq dalğalandıran əsgər İlkin Fərzəliyevə “Cavid-2016” şirkətinin rəhbərliyi tərəfindən mənzil hədiyyə olunub və bu bütün saytlarda reklam olunub.  Lakin bu günlərdə aldığımız məlumata görə Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində şirkət tərəfindən inşa edilən Zümrüd yaşayış kompleksinin tikintisi zamanı qanunsuz və hüquqa zidd hərəkətlərə yol vermişdir. Vətəndaş Şahbazova Lamiyə Zülfüqar qızı sözügedən ərazidə iki otaqlı mənzilə sahibdir və yaşayış evi "malakan kilsəsi" deyilən iki mərtəbəli binanın 2 -ci mərtəbəsində yerləşir. Tənha yaşayan ananın oğlu Adgözəlov Amil Abdul oglu (2001 il 18 iyun təvəllüdlü)  2019-cu ildən hərbi  xidmətə cagrilib.  Əsgər anası xroniki xəstəliklərdən əziyyət çəkir və bu gün tikinti şirkəti arxasına bir çox yerli məmurları alaraq, mülkiyyətçinin evini xarabalığa çevirib. DİN 102 xidmətinə və Nərimanov Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə edilən müraciətlərə baxmayaraq, "Cavid 2016" MMC rəhbərliyinin qanunsuz hərəkətlərini dayandıran yoxdur. Çoxmənzilli yaşayış binasının tikintisinə icazə verənlər ərazidə olan mənzillərin qəzalı vəziyyətə salınmasına hansı maraq qarşısında göz yumublar?!  Görəsən tikintiyə icazə verən Qurum 2 mərtəbəli yaşayış binasının pəncərəsinin qabağında bu binanın tikilməsinə hansı məbləğin qarsısında göz yumub? Əsgər anasının xəstə vəziyyətdə olmasına baxmayaraq  qaz xətti sıradan çıxarılıb, sayğacı oğurlanıb, işıq xətti də eyni qaydada, sayğacı oğurlanıb. Lakin 18-ci Polis Bölməsi eyvanı uçuran, sayğacları sökən aparan, mənzili qəzalı vəziyyətə salanlara qarşı hərəkətsizlik göstərir. Sahə müvəkkili Müşfiq adlı polis şirkətlə danışıb, razılaşmağı tövsiyyə edir. Sanki pullu sahibkar bütün Qanunlardan "Ali" imiş. Bu gün evə qalxan pilləkənlər sökülüb, öz istədikləri kimi yeni nələrsə tikirlər. Bu qədər tikinti və söküntüyə hamı kor olub. Nərimanov rayon İcra hakimiyyəti bir daşı belə sökməyə qalxan istənilən obyektə yığmadığı qurum qalmırsa, bu mənzərəyə qarşı niyə susur. Susmağın qiyməti nə qədərdir?!  Məsələ ilə bağlı Ombudsmana da müraciət olunub. Göz görə-görə əmlak məhv edilir, cinayət tərkibi var, polis göz yumur, mülkiyyət hüquqları, mənzil hüquqları pozulur, lakin kimsə bir şirkətə dur deyə bilmir. Səbəbi isə tapmaq elə də çətin deyil. Məsələ ilə bağlı ölkə başçısına və birinci xanıma da müraciət olunub. Lakin şikayətlər olduqca "Cavid 2016" MMC rəhbərliyi  daha da sürətlə əmlakı məhv etməyə çalışır.
 Ümidvarıq ki, aidiyyatı  Qurumlar bu məsələni dərindən araşdırıb tədbir görəcəklər.

.


Tarix: 20-12-2020, 18:53 Oxunub: 1 254


Bölməyə aid digər xəbərlər