11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Paşinyan qocalarla uşaqları orduya yığır... - Şərh

Rəşadətli Ordumuz qarşısında döyüşməyə canlı qüvvə tapmayan düşmən qocaların ardınca indi də yetkinlik yaşına çatmayan gəncləri və uşaqları orduya cəlb edir. Düşmən bununla faktiki olaraq düşdüyü acınacaqlı vəziyyəti etiraf etmiş olur.
Bu sözləri QanunXəbər.com-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.
Politoloq bildirib ki, əməliyyatların başladığı ilk gündən etibarən düşmən itkilərini gizlətsə də, reallıq öz sözünü deməkdədir:
“Ermənistan ordusu bu gün faktiki olaraq ciddi canlı qüvvə çatışmazlığı ilə üz-üzədir. Düzdür, xarici havadarlarından gələn silah dəstəyi olsa da, bu silahı istifadə edəcək insan gücü tükənmək üzrədir. Bir müddət öncə Yaxın Şərqdən cəlb edilən YPG, PKK, PYD, ASALA kimi terror qruplaşmaları da gözlənilən etimadı doğrultmadı.
Cəbhəyə döyüşmək üçün göndərilən erməni əsgərləri döyüş bölgəsinə çatmadan Azərbaycanın pilotsuz aparatları, eyni zamanda artilleriya qurğuları ilə dəqiq və sərrast atəşlə məhv edilir. İtkilərin əvəzinə cəbhəyə göndərilən könüllü birləşmələr də işğal altındakı torpaqlara girər-girməz zərərsizləşdirilir. Erməni əsgərinin döyüş bölgəsinə çatmadan yolda məhv edilməsi ordu içində fərarilik, komandanlığa itaətsizlik, eyni zamanda ordudan yayınma hallarını sayını artırıb.
Paşinyan administrasiyası bütün bunlar azmış kimi, indi də cəbhəyə yetkinlik yaşına çatmayan gəncləri, daha doğrusu uşaqları göndərməyə başlayıb. Rəsmi İrəvanın belə bir addım atmasının arxasındakı çirkin niyyət isə bəllidir. Bu yolla o dünya ictimaiyyətinin gözündə Ermənistanı yaşından, cinsindn asılı olmadan sözdə vətəni müdafiəyə qalxan bir xalq olaraq göstərməyə çalışır.
Halbuki orduya uşaqları və yetkinlik yaşına çatmayan gəncləri cəlb etmək beynəlxalq hüquqa, eyni zamanda insan haqlarına ziddir. Bu bir ölkənin ciddi demoqrafik problemlə üzləşməsinə gətirib çıxara bilər. Azərbaycan ordusu heç bir halda, düşmən belə olsa, qarşısındakı sivil qadın, qoca, uşağa zərər vermir. Lakin ordumuzun qarşısında əli silah tutan kim olursa olsun, yerindəcə məhv edilir. İmdad diləyən isə əlbəttə, layiq olduğunu alır. Ermənistan rəhbərliyi bu cür məsuliyyətsiz addımlardan çəkinməlidir. Uşaqların orduya cəlb edilməsi Ermənistanın birbaşa məsuliyyətidir”.


Tarix: 25-10-2020, 15:03 Oxunub: 262


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı