Polis nitqində qüsur olan şəxsin yaxınlarını axtarır

Polis nitqində qüsur olan şəxsin yaxınlarını axtarır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinin əməkdaşları iyul ayının 22-də rayonun Toğanalı kəndi ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə olan bir şəxsi görərək dərhal ona yaxınlaşıblar.
Onun üzərində heç bir sənəd olmadığından və eşitmə-danışma qabiliyyətinin olmamasına görə özü haqqında məlumat verə bilmədiyindən, polis əməkdaşları onu Polis Bölməsinə gətiriblər. Hazırda həmin şəxsin yaxınları axtarılır.
Tapılan şəxsin əlamətləri belədir: Boyu 168 sm, arıq bədən quruluşlu, qısa saçlıdır. Tapılan zaman əynində uzunqol köynək və qara şalvar olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Göygöl Rayon Polis Şöbəsinə 0222052279; 055-591-31-02 nömrələrinə zəng vuraraq, məlumat vermələri xahiş olunur.


Tarix: 24-07-2020, 18:30 Oxunub: 1 031


Bölməyə aid digər xəbərlər


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930