11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Rusiyanın MDB ölkələrinə ixrac edəcəyi peyvəndin effektivliyi açıqlandı

Oksford Universitetinin alimləri tərəfindən koronavirusa qarşı hazırlanan peyvəndin ilk sınaq mərhələsi uğurla keçib.
Lenta.ru-nun məlumatına görə, testin nəticələri Britaniyanın “The Lancet” tibb jurnalında dərc edilib.
“ChAdOx1 nCoV-19 peyvəndi koronavirusa qarşı anticisimlərin 28 gün ərzində artmasına səbəb olur”, - deyə məqalədə bildirilir.
Dərmanın effektivlik və təhlükəsizlik əlamətləri göstərdiyi də vurğulanıb. Tədqiqat iştirakçılarının 90 faizindən çoxunda virusu zərərsizləşdirən anticisimlər meydana gəlib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın “R-Pharm” farmokologiya firması İngiltərə-İsveç şirkəti olan “AstraZeneca” ilə razılaşaraq, Rusiyada koronavirusa qarşı “Oksford peyvəndi” istehsal edəcəyi barədə xəbər yaymışdı. Şirkət 30-50 ölkəyə, o cümlədən Yaxın Şərq, Cənub-Şərqi Asiya, Avropa və MDB ölkələrinə peyvənd ixracatı üçün mərkəz kimi çıxış edəcək.


Tarix: 21-07-2020, 16:41 Oxunub: 232


Bölməyə aid digər xəbərlər