Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub...

Ermənistanda baş verən zəlzələ Azərbaycanın Qərb rayonlarında da hiss olunub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  verilən məlumata görə, yerli vaxtla saat 22:25-də qeydə alınan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası 5,9 olduğu üçün yeraltı təkanlar Azərbaycanın sərhəd rayonlarında da hiss edilib.
Belə ki, Azərbaycanda 3-3,5 bal gücündə zəlzələ olub.
Yeraltı təkanlar Gəncə şəhərində qeydə alınıb.
Zəlzələ Gəncə ilə yanaşı, Qazax, Tovuz, Ağstafa, Şəmkir, Daşkəsən və digər ərazilərdə, o cümlədən Mərkəzi Aran rayonlarında da hiss olunub.



Tarix: 13-02-2022, 23:44 Oxunub: 403


Bölməyə aid digər xəbərlər
25-12-2021, 08:33 Xəzərdə zəlzələ oldu
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930