16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
“Oğlu anasının meyitini gözləyirdi, biz sağ çıxardıq” - FHN zabiti

''Ana altı gün idi ki, dağıntılar altında qalmışdı. Oğlu isə hər şeydən əlini üzüb cəsədin çıxarılmasını gözləyirdi. Ancaq biz onu sağ-salamat dağıntıların altından çıxarıb övladına təhvil verdik. Həmin an hisslərimizə hakim ola bilmədik, ağladıq'' - bunu türkiyəli yaşlı qadını xilas edən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin zabiti Anar Alxanov təəssüratlarını “Xəzər Xəbər”lə bölüşərkən deyib.
Onun sözlərinə görə, fevralın 11-də Kahramanmaraş rayonunda binanın 4-cü mərtəbəsində dağıntılar altında Fatma adlı yaşlı bir qadın qalıb. Məlumat alan kimi dərhal onun axtarışlarına başlanıb.
Digər xilasedicimiz Əli Şirzadov isə axtarışlar zamanı qızıl-zinət əşyaları taparaq jandarm bölməsinə təhvil verib. Bu qürurverici addımı yaxınlıqdakı insanlar rəğbətlə qarşılayıblar.
Qeyd edək ki, indiyədək xilasedicilərimiz Kahramanmaraş rayonu ərazisində dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Bundan başqa, qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalı Kahramanmaraşda fəaliyyət göstərir. Hospitalda ötən günlər ərzində 215 nəfərə tibbi xidmət göstərilib. Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalı fəaliyyətini fasiləsiz davam etdirir.
Daha ətraflı videomaterialda:


Tarix: 14-02-2023, 16:02 Oxunub: 247


Bölməyə aid digər xəbərlər
13-07-2020, 13:57 Şəhid anası...
22-03-2022, 16:59 MƏSUM GÜNAHKAR...


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031