11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Cavid Qurbanov məhkəməyə çəkilib - 1.5 milyon dollar borc, 553 min dollar faiz...

7 il öncə "Dəmiryolservis" şirkətinin "Dəmirbank"dan götürdüyü 4 milyon 880 min dollarlıq kreditdən qalmış 1.5 milyon dollardan artıq əsas borc və cəriməsi indi "Azərbaycan Dəmir Yolları" QSC-dən tələb olunur. Çünki o zaman şirkət kredit götürəndə bu qurum kreditin qaytarılacağına zamin durub. Ona görə də indi şirkətlə yanaşı, "Azərbaycan Dəmir Yolları" da məhkəməyə çəkilib.
"Dəmiryolservis" MMC krediti 2015-ci il fevralın 24-də götürüb. Kreditin müddəti 31 dekabr 2017-ci ildə başa çatıb. Elə həmin ərəfədə - dekabrın 22-də "Dəmirbank"ın lisenziyası ləğv olunub.

Bankın kreditlərinin toplanmasıyla məşğul olan Əmanətlərin Sığortalanması Fondu həm "Dəmiryolservis" şirkətindən, həm də "Azərbaycan Dəmir Yolları"ndan pulu tələb etməyə başlayıb. Ödənilməyəndə isə Fond məhkəmədə 2 milyon 279 min dollarlıq iddia qaldırıb. Bu məbləğin 1.5 milyon dolları qalan kreditdir. 553 min 500 dollar cərimə hesablanıb. Həmçinin faiz borcu və s. məbləğlər də iddiaya daxildir.

Bakı Kommersiya Məhkəməsi Fondun iddiasını qismən təmin edib. "Azərbaycan Dəmir Yolları" və şirkətin üzərinə 1 milyon 750 min dollar ödəmək öhdəliyi qoyub. Bunun 1.5 milyonu əsas borc, təxminən 111 min dolları faiz borcu, 23 min dolları cərimə, 115 min dollar da bir neçə il ərzində gecikməyə görə faiz borcudur.
"Azərbaycan Dəmir Yolları" QSC bu qərardan narazı qalıb. Bu qurumun nümayəndəsi apellyasiya şikayətində göstərib ki, "Dəmirbank"da "Dəmiryolservis" şirkətinin hesabı vardı. Həmin hesabda da yetərincə vəsait olub. 2016-cı ilin iyununda şirkətin nümayəndəsi banka məktub göndərib ki, sözügedən hesabdakı vəsait 1.5 milyon dollarlıq kreditin bağlanmasına yönəldilsin: "Həmin məktub banka çatıb qəbul edilsə də, ona cavab verilməyib. Nə məktuba cavab verilib, nə də pul silinib. Hesab edirik ki, hesabdan pulun silinməməsi borcluya əlavə faiz və dəbbə pulu hesablamaq məqsədi daşıyıb".

Bugünlərdə "Azərbaycan Dəmir Yolları"nın apellyasiya şikayətinə baxılsa da, təmin edilməyib. Bakı Kommersiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

"AzPolitika.info"


Tarix: 22-01-2022, 09:17 Oxunub: 249


Bölməyə aid digər xəbərlər