11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
BNA-qafalı Təhsil naziri: Emin Əmrullayevdən skandal açıqlama - Eyni zehniyyət...

Mərkəzi Avropa Universitetinin məzunu olan Emin Əmrullayev (təhsil naziri) deyir ki, ölkədə təhsil haqqı orta hesabla 2500 manatdır. Regionlarda daha aşağıdır. Onun fikrincə, onu daha aşağı etmək düz olmazdı. Məsələn, 500 manat olsa, daha çox insan təhsil ala bilər. Və əlavə edir ki, onların yaratdığı dəyər elə də yüksək olmur...

Geniş şərhə ehtiyac yoxdur - təxminən "taksidən yalnız varlılar istifadə etməlidir deyən" Bakı Nəqliyyat Agentliyinin rəsmisi ilə eyni zehniyyət...

Bu zehniyyət yiyələri belə hesab edir ki, Tibb Universitetində, Diplomatik Akademiyada və ya BDU-da yalnız varlı övladları təhsil almalıdır, kasıb uşaqları isə fəhləlik etməli, müharibədə də gedib şəhid olmalıdır. Məsələn, 600 bal toplayan kasıb övladı Tibb Universitetində təhsil ala bilməz, çünki ildə 5500 manat verməyə imkanı nəzəri baxımdan belə yoxdur. Onun yerini isə ondan xeyli az bal toplayan məmur övladı tutmalıdır. Ancaq döyüş bölgəsinə əsgər göndərmək lazım gələndə birinci o yoxsul uşağı axtarıb tapırlar. Şəhidlərin mütləq əksəriyyəti də uçuq-sökük daxmalarda böyüyən uşaqlardır...

Ən başlıca məqam budur ki, Avropa təhsilli təhsil naziri bu absurd açıqlaması ilə Azərbaycan Konstitusiyasını pozur. Konstitusiyanın 42-ci maddəsinin (Təhsil hüququ) 4-cü bəndinə görə, maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir...

500-600 bal toplayan uşaqlar istedadlı gənclərdir və onların təhsili dövlət hesabına olmalıdır. Konstitusiya Məhkəməsi Təhsil nazirinin bu açıqlamasını şərh etməlidir...
Şəxsi mövqeyim isə bəllidir - dövlət universitetlərində ödənişli təhsil ləğv edilməlidir!

P.S. Dövlətin milyardlarını oğurlayan Cahangir Hacıyev də ABŞ-ın Texas Universitetinin məzunu idi!

Qadir İbrahimli
İqtisadçı, jurnalist
 


Tarix: 23-01-2021, 16:06 Oxunub: 406


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı