Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycana gətirilməsi haqda yayılan məlumatlara cavab verərək oktyabr ayının 1-dən Bakıda olduğunu, ev şəraitində müalicə olunduğunu və yadadıcılıq fəaliyyətini də davam etdirdiyini qeyd edib: “Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar”.
O, həmçinin onun fəaliyyətini tənqid edən medianı da ittiham edib. Deyib ki, Azərbaycan cəmiyyətini çaşdırmaq məqsədilə, mütəmadi olaraq onun haqqında bir sıra media qurumları yalan xəbərlər uydurur. “Bu gün də “Çörəyi mənim haqqımda yalan yaymaqdan çıxan” yalan xəbər spekulyantlarının çamur guşəsində “Əli Həsənov tutularaq Azərbaycana gətirildi” başlıqlı növbəti yalan yayıblar”.
Bölməyə aid digər xəbərlər