Akademik Zərifə Əliyevanın doğum günüdür

      Zərifə Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində gələcəyin görkəmli dövlət və elm xadimi Əziz Əliyevin və Leyla xanım Əliyevanın ailəsində dünyaya göz açıb. Elə həmin ilin may ayında ailəsi Bakıya köcür. O zaman Sankt-Peterburq Tibb Akademiyasının 2-ci kurs tələbəsi olan Əziz Əliyev Rusiyada təhsilini yarımçıq qoymağa və ali tibb təhsilini Bakıda davam etdirməyə məcbur olub.

      Zərifə Əliyeva ailədə ikinci övladdır. Qardaşları həkim, Tibb elmləri doktoru Tamerlan Əliyev və akademik Cəmil Əliyev, bacısı pianoçu Gülarə Əliyevadır.

       Zərifə xanım Azərbaycanın siyasi və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Azərbaycan Respublikasının üçüncü Prezidenti Heydər Əliyev ilə ailə həyatı qurub. 12 oktyabr 1955-ci ildə qızı Sevil Əliyeva, 24 dekabr 1961-ci ildə oğlu, Azərbaycan Respublikasının indiki Prezidenti İlham Əliyev dünyaya gəlib.

Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə, kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə əvəzolunmaz töhfələr verib. Z.Əliyeva oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən, "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, bir ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

      Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqu" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.

Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.

Zərifə Əliyeva ümummilli lider Heydər Əliyevin həyat yoldaşıdir.

O, 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.


Tarix: Bu gün, 10:18 Oxunub: 71


Bölməyə aid digər xəbərlər


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930