Cəlilabad şəhər bələdiyyəsi, Qazidən rüsum adı ilə 2000 manat pul tələb edib?
Respublikaxeber.az-ın qaynarxətt nömrəsinə zəng edərək şikayət edən Cəlilabad rayon,Məhəmməd Hadi küçəsi, 403 ünvanda yaşayan qazi atası, Təhməzov Çingiz Fərrux oğlu,şikayətində bildirib ki, onun oğlu, 44 günlük vətən müharibəsində iştirak etməklə qazi olmuş, həyətyanı torpaq sahəsi ayrılması üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət məktubu ünvanlamış, məktuba müsbət cavab verilməklə ona torpaq sahəsinin ayrılması barədə cavab məktubu daxil olmasına baxmayaraq, Bələdiyyə torpaq verə bilməyəcəyini deyib. Əlavə olaraq da torpağın ayrılması üçün 2000 manat pul tələb etmişdir. Qazi atası da bu kimi hallarla bağlı müraciətinin ictimailəşməsini və həmçinin də ölkə rəhbərinə məlumat verilməsini xahiş etmişdir.
Qazi atasının müraciəti əsasında onun yaşadığı ünvana gedəcəyik, daha ətraflı canlı müsahibəsini alacağıq.
Qarşı tərəfi dinləməyə vəonun da mövqeyini dərc etməyə hazırıq!
Bölməyə aid digər xəbərlər