11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
YAP Qazax rayon təşkilatında 8 Mart – Beynəlxalq Qadınlar Günü təntənə ilə qeyd olundu

     07 mart 2024-cü il tarixdə YAP Qazax rayon təşkilatında    8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi. Tədbirdən  əvvəl   Ulu Öndərin  və  şəhidlərin  əziz xatirəsi  bir  dəqiqəlik  sükutla yad  edildi. 
        Tədbiri YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açaraq zərif cinsin nümayəndələrini bayram münasibətilə təbrik etdi. Bildirdi ki, bu il ilk dəfə olaraq xalqımız 8 mart – Beynəlxalq Qadınlar Gününü ölkəmizin bütün ərazisində suverenliyimizin tam bərqərar olması  şəraitində qeyd edir. Dövlət müstəqilliyimizin bərpasından sonra ötən dövr ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir.Milli-əxlaqi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan və qüdrətli bir dövlətə çevirmək yolunda əlindən gələni əsirgəmirlər. A. Nəbiyev Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan qadınına həmişə yüksək qiymət verdiyini, hazırda bu siyasətin Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, onların fədakar əməyinin yüksək qiymətləndirildiyini, müxtəlif sahələrdə çalışan qadınlara fəxri adların, fərdi təqaüdlərin verildiyini, onların orden və medallarla təltif olunduğunu diqqətə çatdırdı.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və  bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının sədri  İlham Əliyev  cənabları tərəfindən böyük  uğurla davam və inkişaf etdirilən dövlət qadın siyasətindən,  müasir  Azərbaycan cəmiyyətində qadınların rolundan, Azərbaycan qadınının – Qəhrəman ana, Qəhrəman bacı, Qəhrəman həyat yoldaşı olmasından bəhs edərək, Azərbaycanın  birinci Xanımı Mehriban xanım başda olmaqla bütün Azərbaycan qadınlarını təbrik etdi və ən xoş arzularını bildirdi.
Qazax Rayon İcra Hakimiyyəti Başçısının müavini Gülayə Həsənova, partiya fəallarından Səfurə Rəhimova, Afət Eyyubova və başqaları çıxış edərək, bu gün Möhtərəm Prezidentimiz tərəfindən Azərbaycan qadınlarına göstərilən diqqət və qayğıdan, bu sahədə Ulu Öndərin misilsiz xidmətlərindən, Birinci Vitse - Prezident Mehriban xanım Əliyevanın hər bir qadına nümunə olmasıından danışdılar və göstərilən hörmət və ehtirama görə öz minnətdarlıqlarını bildirdilər. 
    Qazax rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri tədbir iştirakçılarını şeirlə təbrik etdilər.
    Sonda ən fəal partiya üzvlərinə gül dəstəsi və bayram hədiyyələri verildi.


Tarix: 7-03-2024, 13:27 Oxunub: 450


Bölməyə aid digər xəbərlər