Abşeron Rayon Mərkəzi Xəstəxanasında həftəlik müşavirə keçirilib

Abşeron Rayon Mərkəzi Xəstəxanasında növbəti həftəlik işgüzar müşavirə keçirilib. Müşavirəyə xəstəxananın direktoru Səkinə Sadıxova rəhbərlik edib. Toplantıda  direktor müavinləri, şöbə və bölmə müdirləri iştirak ediblər.
Baş həkim Fərrux Sədirov müşavirə zamanı şöbə və bölmələrdə həftə ərzində görülən işlər, nöqsan və çatışmazlıqlar barədə məlumat verib. O, həkim və tibb bacılarının peşə bacarıqlarının artırılması istiqamətində keçirilən mütəmadi təlimləri vurğulayaraq, bu tədbirlərin xidmət keyfiyyətinə müsbət təsir etdiyini qeyd edib.
Fərrux Sədirov, həmçinin 1 may 2025-ci il tarixindən etibarən elektron xəstəlik vərəqələrinin tətbiqinə başlanıldığını bildirib. Onun sözlərinə görə, bu sistem artıq kağız daşıyıcılarını əvəz edib və vərəqələr yalnız elektron formada təqdim olunur. Məlumatlar real vaxt rejimində sistemə daxil edilir və müvafiq qurumlarla inteqrasiya şəklində paylaşılır ki, bu da prosesi həm sürətli, həm də şəffaf edir.
Həftə ərzində görülən işlər və statistik məlumatlar şöbə və bölmə müdirləri tərəfindən təqdim olunub və fəaliyyət təhlil edilib.
Sığortanın təşkili və İnnovasiya şöbəsinin müdiri Təhminə Vəliyeva çıxışında son aylar müraciət və xidmət saylarının artmasını müsbət hal kimi qeyd edərək, eyni zamanda  bəzi nöqsanlarında olmasını diqqətə çatdırmışdır və bununla bağlı həkimlərə müvafiq tövsiyyələrini vermişdir.
Direktor Səkinə Sadıxova xidmət keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnuniyyətinin təmin olunması və personalın məsuliyyətli fəaliyyəti ilə bağlı tapşırıqlar verib, təklif və iradlarını səsləndirib.
Müşavirə gələcək fəaliyyət planlarının müzakirəsi ilə yekunlaşıb.



Tarix: Сегодня, 10:07 Oxunub: 33


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı