Qazax rayon Çaylı kəndində məktəbli qızlara bir neçə nəfər tərəfindən cinsi zorakılıq edilməsi iddia olunub.
Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov sorğusuna cavab olaraq bildirilib ki, Qazax rayon Çaylı kəndində qızların kütləvi cinsi zorakılığa məruz qalması barədə iddialar həqiqəti əks etdirmir:
“Belə ki, cari ilin aprel ayında Çaylı kəndində yaşayan azyaşlı qıza öz həmkəndliləri olan iki nəfər azyaşlı oğlan tərəfindən seksual xarakterli hərəkətlər edilib.
Hadisə barədə Qazax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, ekspertiza təyin olunub.
Qərar qəbul edilməsi üçün rayon prokurorluğuna göndərilib. Rayon prokurorluğu da həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi barədə məhkəməyə vəsatət verib.
Lakin məhkəmə şəxslərin azyaşlı olduğunu nəzərə alaraq həmin vəsatəti qəbul etmədiyinə görə onlar barəsində valideynin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib”.
oxu.az
Bölməyə aid digər xəbərlər