Azərbaycanda axund azyaşlıya təcavüz edib? - DİN-dən AÇIQLAMA

Qazax rayonunun axundu tərəfindən azyaşlı qıza təcavüz edilməsi barədə sosial şəbəkələrdə iddialar səsləndirilib.
Bildirilib ki, azyaşlıya təcavüz edilsə də, polis məsələni araşdırmır.
Məsələ barədə Daxili işlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov  cavab olaraq bildirib ki, sosial şəbəkələrdə  Qazax rayonunun axundu olan İlham Süleymanovun rayon məscidində azyaşlı qıza təcavüz etməsi və etdiyi cinayətin Qazax rayon Polis Şöbəsində araşdırılmadan  xitam verilməsi barədə iddialar əsassızdır:
“Məlumat böhtan xarakterlidir. Məlumat üçün qeyd edim ki, 2016-cı ildə Qazax rayon Polis Şöbəsinə rayonun  sakini T. İsmayılovanın İlham Süleymanov tərəfindən tez-tez zəng edilərək narahat edilməsi barədə məlumat daxil olub və müvafiq araşdırmalar aparılaraq məsələyə hüquqi qiymət verilib”.
İlhamə Əbülfət
oxu.az


Tarix: 26-10-2021, 19:01 Oxunub: 135


Bölməyə aid digər xəbərlər