Amerikanın neft şirkətinə azərbaycanlı rəhbər təyin olundu - FOTO

Amerikanın Neft-Qaz nəhəngi "Baker Hughes Services  International LLC" şirkətinin ölkəmizdəki nümayəndəliyinə yeni rəhbər təyinatı olub.  
Şirkətin Rusiya Xəzər regionu üzrə Komplayns Direktoru Zaur Allahverdizadə Azərbaycan nümayəndəliyinə rəhbər təyin edilib. Buna qədər o, həmin şirkətin Azərbaycan və Gürcüstan üzrə Hüquqşünası, daha sonra isə Rapid Soluşns şirkətində Hüquq və Komplayns üzrə menecer vəzifələrində çalışıb. 
 
Qeyd edək ki, Zaur Allahverdizadə Vəkillər Kollegiyasının üzvüdür, həmçinin Amerika Ticarət Palatasının Hüquq və Komplayns komitəsinə rəhbərlik edir. Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakultəsinin məzunu olan Zaur Allahverdizadə hal hazırda Polis Akademiyasında Cinayət hüququ üzrə doktorantura təhsili alır.

Sfera.az


Tarix: 17-09-2021, 12:13 Oxunub: 505


Bölməyə aid digər xəbərlər