1985 ci ildən Biləcəri qəsəbəsi, Xəqani küçəsi, bina 2, mənzil 1 -də yaşayan 2-ci qrup əlil Soltanov İlham həmin binanın arxa tərəfini öz hesabına yaşıllaşdırıb bağ edib. Başqaları daş kəsəklə bağladığı halda Soltanov İlham bağ salıb.
Həmin 1 ci blok üzbə-üzdə, lakin 2-ci mərtəbədə yaşayan Rauf adlı qonşu alt 1-ci mərtəbənin bağının yola baxan hissəsini qeyri qanuni zəbt edərək
2 mərtəbəli ev tikdirib kirayəyə verib. Hal hazırda da Soltanov İlhamın saldığı bağı saxta bələdiyyə sənədi ilə guya alıb. 2007 ci ildən Bələdiyyələr torpaq satmaq hüququna malik deyillər. 2011 ci ildə saxta sənədlə bağı sökür. Kooperativin binasına aid olan, fövqəladə hallar üşün nəzərdə tutulmuş ərazidə qeyri qanuni ticarət obyektləri tikir.
1985 ci ildən salınmış bağ necə satıla bilər. Qanuna əsasən 5 il və artıq zəbt olunmuş torpağ hərraca çıxarsa ilk zəbt edənə təklif olunmalıdı. Soltanov İlham 35 ildi ki, bağı öz hesabına yaradıb.
Halbuki kooperativə aid olan ərazini heç kim sata bilməz, çünki fövqaladə hallar üçün nəzərdə tutulub.
Məsələnin araşdırılması üçün bütün media qrumlarını Biləcəri Xəqani küçəsinə dəvət edirəm.
Özbaşnalığa son qoyulsun istəyirəm.
Qanunlara hörmətlə yanaşmağa çağırıram hər kəsi....
AYGÜN NUR, ATİA.AZ
Bölməyə aid digər xəbərlər