10:34 / 18-05-2025
Abşeronda 35 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
10:07 / 18-05-2025
Abşeron Rayon Mərkəzi Xəstəxanasında həftəlik müşavirə keçirilib
08:05 / 18-05-2025
Ədalət Partiyasının IX Qurultayı keçirildi
12:29 / 15-05-2025
Kişinin cinsiyyəti orqanını kəsdilər
09:16 / 15-05-2025
Bərbər onun yanına saçını kəsdirməyə gələn oğlana qarşı əxlaqsızlıq etdi
09:03 / 15-05-2025
Qəbələdə sahibkar cərimə ödəmək əvəzinə şantaj və quldurluğu seçdi
08:58 / 15-05-2025
Azərbaycanda 16 milyonluq biznes davası: Əmi və qardaşı övladları üz-üzə...
10:46 / 14-05-2025
Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib - VİDEO
10:32 / 14-05-2025
"SAZIMIN SƏSİ-2" müsabiqəsinin final turu başa çatdı
08:40 / 14-05-2025
Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yeni direktor TƏYİNATI
11:19 / 13-05-2025
Asəf Salmanov: Qarşılıqlı hörmət və etimad üzərində qurulan münasibətlər
21:11 / 12-05-2025
Paracüdoçu Şəhanə Hacıyeva Paralimpiya Oyunlarından uzaqlaşdırıldı
20:56 / 12-05-2025
Fuad Əbdürrəhmanovun xatirəsi yad edildi
14:49 / 12-05-2025
Ramil Qurbanov: İkitərəfli münasibətlərin inkişafında perspektivli təkan
10:13 / 12-05-2025
Anar Nəbiyev: Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ
22:03 / 11-05-2025
Nəsibə İsrafilqızının SƏNƏT BAĞÇASINDAN bir neçə yarpaq
09:04 / 11-05-2025
QAZAXDA BƏDBƏXT HADİSƏ ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
08:14 / 11-05-2025
Prezident "Qarabağ" mahnısını ifa etdi
07:13 / 11-05-2025
Sosial-İqtisadi Kollecdə “Ulu Öndər Heydər Əliyev Konstitusiyamızın memarıdır” adlı tədbir keçirilib - Aybəniz Abdulovanın təqdimatında
15:51 / 10-05-2025
Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib
07:08 / 09-05-2025
Prezident İlham Əliiyev 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
17:24 / 07-05-2025
Kürün Qazaxdan keçən hissəsində suyun səviyyəsi qalxıb, fəsadlar yaranıb
17:16 / 07-05-2025
Bakıda iki maklerə cinayət işi açıldı - 155 minlik dələduzluq
17:06 / 07-05-2025
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
20:45 / 06-05-2025
Misir Mərdanov elmi sessiyada Kaşğari Fondunun fəaliyyətindən danışdı
17:51 / 05-05-2025
Mehriban Əliyeva Mərakeşin xanım Şahzadəsi ilə görüşdü
Ramazan ayı nə vaxt başlayır və nə vaxt bitir?
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması ilə bağlı fətva verib. Fətvada deyilir:
Bölməyə aid digər xəbərlər

"Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası mübarək Ramazan ayının başlanması münasibəti ilə dünya və ölkə müsəlmanlarını təbrik edir, Uca Allah-Təaladan müqəddəs orucluq ayında ibadətlərimizin qəbula yetməsini diləyir.
Qazılar Şurası bu ilki Ramazan Fətvasını dindarlarımızın nəzər-diqqətinə təqdim edir və bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/20 saylı 18 fevral 2025-ci il tarixli cavab məktubuna görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 1-nə təsadüf edəcək, inşallah!
Ərəfəsində olduğumuz on bir ayın sultanı olan Ramazanın gəlişi xalqımız üçün bu il də çox əlamətdardır. Şükürlər olsun ki, Qarabağ Fatehi kimi tarixi ad qazanan Prezidentimizin fədakar səyləri və müdrik siyasəti sayəsində biz Ramazanı qalib xalq, böyük Zəfər niyyətinə yetişmiş millət kimi qarşılayırıq.
Mübarək ayın verdiyi bu fürsətdən istifadə edərək suverenlyimizin və ərazi bütövlüyümüzün bərpası, əzəli torpaqlarımıza Böyük Qayıdışın təmin olunması, viran qoyulmuş ərazilərimizə yeni nəfəs verilməsi, Qarabağda müasir həyat şəraitinin qurulması, bərpa edilmiş məscidlərimizdə azanların verilməsi, bayram namazlarının qılınması naminə fövqəladə uğurlara imza atmış dövlət başçısı Prezident İlham Əliyevə, eləcə də ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya Azərbaycan dindarları adından dərin minnətdarlığımızı bildirir, bu mübarək günlərdə onlara ən böyük İlahi nemət olan cansağlığı diləyirik. Bu möhtəşəm Zəfərin təcəllisi naminə canından keçən bütün şəhidlərimizə Uca Allahdan rəhmət diləyir, qazilərimizə şəfaət və səadət arzulayırıq.
Əziz müsəlman qardaş və bacılar! Bu ilki Ramazan xalqımızın qədim bayramı Novruz günlərinə təsadüf edəcəkdir. Şəri baxımdan belə əlamətdar günlərin üst-üstə düşməsi cəmiyyətdə bir çətinlik yaratmır, çünki İslamın təməl prinsiplərindən olan oruc ibadəti ilk növbədə Allahın əmridir. Allahın rəhmət və bərəkətinin gəlişinə görə oruclular üçün ruhu və qəlbləri sevindirən Ramazan da, təbiətin Rəbbül-Aləm tərəfindən yenidən oyanışının rəmzi olan Novruz da mübarək bayramlar qismindədir.
Ramazanda Quran oxumaq, elm-irfan və ibadətlə məşğul olmaq, iftar süfrələri açmaq, xeyriyyəçilik etmək, ehtiyaclı şəxslərə, kimsəsizlərə, uşaq evlərinə, ahıl və qocalara köməklik göstərmək, valideynlərin qayğısına qalmaq savab əməllərdəndir və bu ənənəvi əməllər mahiyyəti etibarı ilə Novruz adətləri ilə eynidir.
Çərşənbələr daxil olmaqla Novruz bayramı gecəsində açılan süfrələr iftarın saatlarına uyğun olmalıdır. Tövsiyə edirik ki, bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin. Qazılar Şurası din xadimlərimizin və yerlərdəki imamlarımızın nəzərinə çatdırır ki, Ramazanın vacibatları, qayda və qadağaları, müstəhəb əməlləri barədə dindarlara ətraflı şəkildə məlumatlar və şərhlər verilsin, QMİ-nin hazırladığı moizə və xütbə kitablarına əsaslanaraq dindarlarımıza Ramazanda mənəvi-əxlaqi dəyərlər, vətənpərvərlik və dövlətçiliyə sədaqət məfkurəsi təbliğ olunsun. Xüsusi olaraq bir daha dindarlarımıza və din xadimlərimizə xatırlatmaq istərdik ki, iftardan öncə məclislərdə süfrə açılması Allahın hökmü, Peyğəmbərin əmri ilə şəri baxımdan qəbul edilməyən böyük günahdır.
Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Bu təqvim İdarəmizin internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Əhalimizin və bütün kütləvi informasiya vasitələrinin məhz QMİ-nin təqviminə istinad etmələri tövsiyə olunur. İnşallah, Qafqaz Müsəlmanları İdarəsi Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsaslanaraq Eydül-Fitr – Ramazan bayramının hilalın görünüşünə görə 30 Mart tarixinə təsadüf edəcəyini bildirir, müəyyən dəyişikliklər olacağı təqdirdə əlahiddə məlumat veriləcək".
Tarix: 27-02-2025, 11:58 Oxunub: 444
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
28-07-2020, 15:48
Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi
26-07-2022, 15:27
Azərbaycanda ən çox girov qoyulan daşınmaz əmlaklar - STATİSTİKA
2-09-2024, 11:44
Yeni deputatların adları açıqlandı – SİYAHI
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
11-06-2024, 13:11
Hansı heyvanlar qurban kəsilə bilər? - Fətva verildi
24-07-2020, 13:10
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
16-01-2022, 18:58
İki yüzdən çox müəllim və valideyndən Məleykə Abbaszadəyə ETİRAZ: "Verilən qərar düzgün deyil"
18-12-2024, 14:19
İlham Əliyev "Rossiya Seqodnya"nın baş direktoruna müsahibə verdi
27-04-2022, 08:48
Ramazanın 26-cı gününün duası: İmsak və iftar vaxtı
2-10-2020, 07:56
BDU-nun rektoru Prezidentə məktub yazdı
28-04-2022, 14:14
Qarabağ muharibəsi şəhidinin həyat yoldaşı müqəddəs Ramazan ayında imkanlı şəxslərdən köməklik istəyir-FOTOLAR
30-07-2022, 08:24
Məhərrəm ayı başladı
12-04-2022, 10:10
Ramazan ayının 11-ci gününün duası - İmsak və iftar vaxtı
5-08-2022, 12:33
İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı
17-01-2025, 11:07
Yüksək sosial rifah naminə
21-06-2024, 08:50
"Onları Allah yox, başsız əllamələr, şeyxlər öldürdü" - Tural İrfan
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
31-05-2024, 12:43
Nazim Çavuşoğlu: “Bu dünyada tək qalarıqsa, bizi yox edərlər!”