Abşeron Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb

    Əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, tibb müəssisələrində göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin sayının artırılması və təkmilləşdirilmə işlərinin aparılması  istiqamətində tədbirlər davam edir.  

Oftalmoloji sahənin inkişafı istiqamətində həyata keçirilən növbəti yeniliklərdən biri Abşeron Rayon Mərkəzi Xəstəxanası ilə bağlıdır. Tibb müəssisəsində göz əməliyyatlarının icrasına başlanılıb. 

“Xarici çəpgözlük” (exotropiya) diaqnozu təyin edilən pasiyent üzərində həyata keçirilən ilk cərrahi əməliyyat uğurla başa çatıb. Prosedur zamanı gözün daxili düz əzələsi qısaldılıb, xarici düz əzələsi isə uzadılıb. Bu üsul vasitəsilə göz bəbəklərinin paralel vəziyyətə gətirilməsi, baxış istiqamətinin normallaşdırılması və estetik görünüşün bərpası təmin olunub.

Hazırda pasiyentin müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Qeyd edək ki, bu, Abşeron Rayon Mərkəzi Xəstəxanasında göz cərrahiyyəsi sahəsində yenilikdir və gələcəkdə bu istiqamətdə daha çox cərrahi prosedurların həyata keçirilməsi planlaşdırılır. 

Tibb müəssisəsində göz müayinələri və əməliyyatlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində həyata keçirilir.



Tarix: 26-10-2025, 09:38 Oxunub: 947


Bölməyə aid digər xəbərlər


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930