16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Sumqayıtda yataqxanada yanğın oldu - 11 nəfər təxliyə edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 41-ci məhəllədə yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin ümumi dəhlizində quraşdırılmış elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 5-i uşaq olmaqla 11 nəfər bina sakini təxliyə edilib.

Yanğın nəticəsində 6 ədəd sayğac, 6 ədəd qoruyucu açar və 5p.m. elektrik kabeli yanıb.

Mənzillər və yataqxana binası yanğından mühafizə olunub.


Tarix: 21-01-2025, 11:36 Oxunub: 789


Bölməyə aid digər xəbərlər
7-01-2022, 08:21 Bakıda məktəbdə YANĞIN
2-08-2024, 12:16 Metroda təlim keçirildi


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031