16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Yatağımda boş yerin buz bağlamış, ay adam! - AYGÜN SADİQ




Bizim də dünənədək vüsalımız var idi,
İndi həsrət fəslində üşüyən ruhuma bax,
 Sənin ən xoş anların – mənli sabahlar idi,
 Mənim məmnuniyyətim- qollarında oyanmaq.

 Bir təlatüm oyadır düşüncəmi yerindən,
 İtirmişəm başımı , yenə dəliyəm, dəli,
 Adın… Adın hey keçir ürək sətirlərindən,
 Səni deyir nəbzimin döyüntüsü, əvvəli.


Taleyinin yazısı səni yazıb özgəyə,
 Mənimsə könül qapım qıfıllanıb yadlara,
 Gözlərimi yumuram, daha görməyim deyə
 Qısqanıram adının yanındakı adlara!…

 Yetim dodaqlarımda səslənir adın sənin,
 Nəbzimin döyüntüsü, qəlb harayı “sən” deyir,
 Tanış nəvazişini özləyən qadın sənin
 “Onun ola bilmədin, axı mənimsən”,- deyir,
 
 Bir tələsik öpüşlə vida yazır dodağın,
 Saçlarımın ətrini özünlə apar barı.
 Mən darıxsam- külqabın xoş xatirə sorağı,
 Sən darıxsan  soruşma, tanıyırsan yolları...
 
 Həsrətin hər anında arındım min günahdan,
 Sənə tapınan gündən bütün dinlərə yadam,
 Sənsizliyin soyuğu başlayır bu sabahdan,
 Yatağımda boş yerin buz bağlamış, ay adam!


Tarix: 29-09-2021, 08:15 Oxunub: 479


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031