16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Azərbaycanda insanlara 300 mindən artıq zərər vuran şəxs SAXLANILDI - Məlumatları xaricə ötürürmüş

Vətəndaşların şəxsi məlumatları əsasında kütləvi maliyyə dələduzluğu, ayrı-ayrı şəxslərin bank hesablarına saxta sorğular verməklə pul vəsaitlərini talayan şəxs əməliyyat-texniki tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, 34 yaşlı Eldəniz Şayiq oğlu Qulamov qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə edilməklə oğurluq əməllərində şübhəli bilinir.

Müəyyən olunub ki, E.Qulamov digər şəxslərlə birgə qabaqcadan əlbir olaraq müxtəlif sosial şəbəkə platformaları və mesencer proqramları vasitəsilə vətəndaşların şəxsiyyət vəsiqələrini, pasportlarını və bank kartlarını əldə etməklə bir sıra cinayətkar əməllər törədib.

Cinayətkar fəaliyyətləri bununla məhdudlaşmayan şəxslər həmin sənədləri, bank kartlarının surətlərini kiberbunkerlərə transformasiyanı təşkil ediblər.

Əsasən "Facebook", "Instagram", "WhatsApp" üzərindən danışıqlar aparan cinayətkar qrup özlərini bank-maliyyə, lombard, humanitar yardım və dövlət təşkilatlarının nümayəndəsi kimi təqdim etməklə fəaliyyət göstəriblər.

O da müəyyən olunub ki, Azərbaycanda fəaliyyət göstərən bankların vəzifəli şəxslərinin fotolarını saxta profillərə yerləşdirməklə özlərini bank əməkdaşı kimi təqdim edib, vətəndaşların üz görüntülərinin videoqeydiyyatı aparılıb.

Bu və digər üsullarla vətəndaşlara vurulan zərər 300 min manatdan artıqdır.

Hazırda cinayət işi üzrə şübhəli şəxs və istintaqla şəxsiyyəti müəyyən olunan digərləri ilə bağlı tədbirlər davam edir.



Tarix: 15-07-2025, 21:03 Oxunub: 1 017


Bölməyə aid digər xəbərlər
28-09-2024, 13:23 Prezident Fərman imzaladı


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031