"Komedixana"nın aktrisası Zarina Qurbanovanın atasına HÖKM OXUNDU

Dələduzluqda təqsirləndirilən "Sosial Adaptasiyanın İnkişafına Yardım" İctimai Birliyinin sədri Şahid Qurbanova hökm oxunub.

Belə ki, Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.1 (Dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (Dələduzluq - təkrar törədildikdə), 178.2.3 (Dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan Şahid Qurbanova 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

İş materiallarından məlum olur ki, Şahid Qurbanov bir neçə nəfərə qarşı dələduzluq əməli törədib. O, Elxan Ələddin oğlu Qasımovu Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək adı ilə 10 min manat pulunu ələ keçirib.

İlham İslam oğlu Məmmədovdan 9 min manat, Akif Rəhim oğlu Akiflidən isə 14 min 900 manat alaraq, işə düzəldəcəyini və onları mənzillə təmin edəcəyini vəd edərək müxtəlif məbləğlərdə ziyan vurub.

Qeyd edək ki, Şahid Qurbanov "Komedixana" aktrisası Zarina Qurbanovanın atasıdır.


Qaynarinfo


Tarix: 5-03-2025, 17:48 Oxunub: 1 048


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930