11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Taxılın qiyməti kəskin bahalaşdı: Ehtiyatımız varmı?

Dünyada ərzaq buğdası, taxılla bağlı ciddi problemlər yaşanır, qiymət artımı ilə yanaşı, fiziki çatışmazlıq da var. Azərbaycanda 1 ildə istehlak olunan taxılın 80%-ə yaxını xaricdən alınır, hər il bizə 1,2 mln. tona yaxın ərzaqlıq buğda idxal etmək lazımdır ki, daxili tələbatı ödəyək.
Bu barədə qeyd edən iqtisadçı ekspert Natiq Cəfərli 2021-ci ilin ilk 4 ayında ölkəyə idxal olunan taxılın həcminin 365 min 348 ton, ortalama qiymətinin 254,5 dollar olduğunu vurğulayan   ekspert belə qeyd edib:
“2022-ci ilin eyni dövründə, yəni ilk 4 ayında isə ölkəyə 308 min 42 ton taxıl gətirilib, ortalama qiymət 341,7 dollar təşkil edib. Yəni son bir ildə buğdanın 1 tonu 87,2 dollar (148 manat) və ya 34% bahalaşıb.
Rəsmi rəqəmlərdən də görünür ki, keçən ilin ilk 4 ayına nisbətən bu il eyni dövrdə ölkəyə gətirilən taxıl həcmi 57 min 306 ton azalıb”
Ekspert  hazırda Dövlət Ehtiyatları Agentliyinin taxıl ehtiyatlarının nə qədər olduğu haqda məlumat olmadığını bildirib.


Tarix: 21-05-2022, 23:15 Oxunub: 177


Bölməyə aid digər xəbərlər