16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Azərbaycan kubokunun finalçıları bəllidir



Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunları keçirilib.

ATİA.AZ   xəbər verir ki, hər iki oyun Bakı İdman Sarayında baş tutub.

Əvvəlcə Birinci Liqa təmsilçiləri üz-üzə gəlib. “Alyans Qrup” “Forza Neftçi” ilə qarşılaşıb. “Alyans Qrup” bu oyunda minimal hesabla qalib gələrək ilk finalçı olub.

Daha sonra Yüksək Liqanın iki iddialı komandası final uğrunda mübarizə aparıb. “Neftçi” ilə EKOL-un qarşılaşmasında həm əsas, həm də əlavə vaxt qolsuz başa çatıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Neftçi” finala yüksəlib.

Beləliklə Azərbaycan kubokunun final matçında “Alyans Qrup” və “Neftçi” İK komandaları qarşılaşacaq. Həlledici görüşün tarixi və yeri hələ müəyyənləşməyib.

Azərbaycan kuboku

Yarımfinal

26 aprel

"Alyans Qrup" – "Forza Neftçi" - 1:0
Qol: Elçin Zeynalov, 1:14

"Neftçi" İK – EKOL - 2:2 (penaltilər - 4:2)
Qollar: İlkin Hacıyev, 16:20, Tofiq Mikayılov, 18:59 (öz qapısına) – Mehdi Rəsulov, 13:11, Əsgər Abasov, 16:52.


Tarix: 27-04-2022, 09:35 Oxunub: 401


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031