Sabah Azərbaycanın bəzi ərazilərində 22 dərəcə şaxta olacaq

Yanvarın 11-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın, Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq. Atmosfer təzyiqi normadan yüksək 785 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq. Yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 18-22, gündüz 7-12 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.


Tarix: 10-01-2023, 13:48 Oxunub: 330


Bölməyə aid digər xəbərlər
22-07-2020, 19:41 Sabah yağış yağacaq
24-11-2021, 16:19 Sabah hava necə olacaq?
26-01-2022, 15:21 Sabah qar yağacaq - PROQNOZ


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930