11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Sakinlər partlayışa səbəb kimi qaz problemini göstərir - RƏSMİ AÇIQLAMA

Məlum olduğu kimi, ötən gün Xırdalanda “AAAF” Park Yaşayış kompleksində partlayış baş verib. Hadisə nəticəsində 3-ü azyaşlı olmaqla 4 nəfər yaralanıb. Partlayışın təsirindən evin divarı həyətə aşıb, yaxınlıqda parklanmış avtomobillərə ciddi ziyan dəyib. İlkin ehtimala görə, partlayışa səbəb qaz sızmasıdır.  
 Hadisə baş verəndən sonra sözügedən yaşayış kompleksinin sakinləri sosial şəbəkələrdə uzun müddətdir qaz problemindən əziyyət çəkdiklərini xatırladıblar.
Onların bildirdiyinə görə, binalara verilən qazın təzyiqi oynayır, qaz qəfildən artıb-azalır, sönür-yanır. Vətəndaşların sözlərinə görə, bu problemlə bağlı "Azəriqaz" İstehsalat Birliyi də daxil olmaqla, bütün aidiyyəti qurumlara dəfələrlə şikayət olunsa da, heç bir tədbir görülməyib. Sakinlər iddia edirlər ki, ötəngünkü hadisə də məhz bu səbəbdən yaşanıb və növbəti dəfə başqa binada bənzər halın baş verəcəyi istisna deyil. 

Problemlə əlaqədar "Azəriqaz" İstehsalat Birliyi ilə əlaqə saxladıq. Qurumdan sorğuya cavab olaraq bildirilib ki, həmin kompleksdə qazla bağlı hər hansı ciddi problem olmayıb: “Noyabrın 15-dən qış rejiminə keçilib. Bu rejimə keçəndə də qazın təzyiqini yoxlayırıq. Təzyiq normaya salınandan sonra mütəmadi o təzyiq altında qaz verilir. Həmin kompleksdə qazda ciddi problem olmayıb.
Əgər 3-4 gündür bu problem var idisə, partlayış niyə dünən baş verib? Bunun partlayışa heç bir dəxli yoxdur, partlayış sızma ilə bağlıdır. Həmin ailə mətbəxi eyvana keçirib. Bu, təzyiq nəticəsində partlayış deyil, sızma halıdır”.
Qafqazinfo 


Tarix: 17-11-2022, 09:35 Oxunub: 234


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?