Ermənilər Laçını necə minalayır?

    Müdafiə Nazirliyi məlumat yayıb ki, Laçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib.
     Belə bir sual yaranır ki, bölgədə rus sülhməramlıları nəzarət edirsə, ermənilər bu minaları necə basdırıb?
Hərbi ekspert Elxan Şıxəliyev açıqlamasında bildirib ki, rus sülhməramlılarının fəaliyyəti bir sıra mübahisəli məqamlar yaradır:
“Əvvəla biz rus sülhməramlılarının öncəliklərinə nəzər yetirməliyik. Rus sülhməramlılarının bölgədə fəaliyyətlərini yerinə yetirməsinin öncəlikləri nədən ibarətdir?
     İlk olaraq onların vəzifəsi iki tərəf arasında olan münasibətlərin silahlı çatışma vəziyyətinə gəlməsinin qarşısının alınmasıdır.
Ermənilərin indi Laçında meşələri yandırmasının, evləri, tarixi abidələri talan etməsinin səbəbi rus sülhməramlılarının onlara bir söz deməməsi və onlara qarşı hər hansı bir cəza tədbirinin tətbiq olunmaması ilə bağlıdır.
Zamanında Qarabağdakı qanunsuz silahlı birləşmələrə, separatçılara qarşı hər hansı bir cəza tədbiri görülsə idi, indi onlar Laçını, Zabuxu talan etməzdilər.
     Bizim sülhməramlılarından vəzifələrini layiqincə yerinə yetirmələrini görməyimiz xəyaldan başqa bir şey deyil.
Ermənilərin Qarabağda qanunsuz silah daşıması, əraziləri minalaması bu torpaqların hər bir qarışı Azərbaycanın yuristiksiyasına keçdikdən sonra tamamilə həll olunacaq”.



Tarix: 18-08-2022, 19:22 Oxunub: 348


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930