11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Azərbaycanda 10 gün sonra bütün ərzaq məhsulları UCUZLAŞACAQ - Yeni məcəllə GƏLİR

“Parlamentin gündəliyində Rəqabət Məcəlləsinin qəbulu ilə bağlı müzakirə olunur. Hazırda məcəllə razılaşmadadır və 5-10 günə bizə təhvil olunacaq. Çalışcağıq ki, tez bir zamanda məcəlləni qəbul edək”.

Bu barədə məlumatı Milli Məclisin üzvü Vahid Əhmədov verib. Onun sözlərinə görə Rəqabət Məcəlləsinin qəbul edilməsi bazarda müəyyən qədər haqsız rəqabətin aradan qaldırılmasına, eləcə də qiymətlərin aşağı düşməsinə xidmət edəcək:
 
“Keçən il hökumətin hesabat iclasında baş nazirdən xahiş etmişdim ki, məcəlləni bizə təhvil versinlər. Sağ olsun baş nazir göstəriş verdi. Artıq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti belə bir məcəlləni hazırlayıb”. 

Deputat əlavə edib ki, əslində qiymətlər yalnız o məcəllədən də asılı deyil:

“Hazırda Rusiya-Ukrayna münasibətləri, gedən müharibə, Rusiyaya qarşı edilən sanksiyalar və digər məsələlər öz təsirini göstərir. Xaricdən kifayət qədər mal idxal edirik. Həmçinin inflyasiya və bahalaşmalar baş verir. Üstəlik süni qiymət artımları da var.

Bu baxımdan hökumət məsələ ilə bağlı xüsusi olaraq tədbirlər planı hazırlayıb və monitorinqlər keçirib. Çalışırlar ki, süni qiymət artımları olmasın. Hesab edirəm ki, bu iş daha da canlandırılmalı, hökumət qiymət artımlarını diqqətdə saxlamalıdır”.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 112,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,2 %, qeyri-ərzaq məhsulları üzrə 106 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2 % təşkil edib. Nəticədə, 2022-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri ortaillik müqayisədə 12,2% artıb.

Tarix: 18-03-2022, 10:03 Oxunub: 379


Bölməyə aid digər xəbərlər