Azərbaycanda vəzifəli şəxsin ölümü ilə bağlı ŞOK DETALLAR ÜZƏ ÇIXDI: gizli sevgili və narkotik

İsmayıllı rayonunda meyiti tapılan Göyçay rayon Bəydövül kənd bələdiyyəsinin sədri Ramil Yusifovun ölümü ilə bağlı detallar məlum olub.
R.Yusifov İsmayıllının İvanovka kəndində bir günlük kirayə ev tutaraq qız tanışı ilə orada gecələyib.
Daha sonra isə onun meyiti tapılıb. Bədəni üzərində xəsarət izi aşkar edilməyib. Onun narkotik vasitələrin həddən artıq istifadəsi nəticəsində öldüyü ehtimal edilir. R.Yusifovun meyitinin yanından narkotik vasitələr də aşkar edilib.
İstintaq onların metamfetamin və marixuana olduğunu ehtimal edir. Lakin maddələrin dəqiqləşdirilməsi üçün ekspertiza təyin edilib.
Hadisənin müəmmalı tərəfi budur ki, R.Yusifovla birlikdə İvanovkaya gələn qız dostu yoxa çıxıb. Hazırda istintaq həmin şəxsin yerini müəyyənləşdirməyə çalışır.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Tarix: 7-01-2021, 15:33 Oxunub: 369


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930