20 il bundan əvvəl müdrik Azərbaycan xalqı doğru, düzgün seçım edərək Ümummilli Lider Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısına, bu siyasi kursu uğurla davam etdirən, onu yeniliklərlə zənginləşdirən, müstəqil respublikamıza tərəqqi və yüksək sosial rifah bəxş edən, yeni əsrin yeni Liderinə - İlham Əliyev cənablarına böyük etimad göstərərək onu Prezident seçdi. Zaman və tarix göstərdi ki, müdrik Azərbaycan xalqı heç də öz seçımındə yanılmayıb. Prezident seçiləndən sonra Cənab İlham Əliyev Konstitusiyaya və müqəddəs “Qurani-Kərim”ə əl basaraq and içdi və doğma xalqına müraciət edərək söz verdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək, Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları bütün sınaqlardan uğurla çıxmış Heydər Əliyev dəyərlərinə və siyasi kursuna sadiq qalaraq beynəlxalq aləmdə ölkəmizə böyük nüfuz qazandırdı, Azərbaycanı dünyada sülhün, ədalətin, insan hüquq və azadlıqlarının təmin olunduğu bir dövlət kimi tanıtdı , bəşəriyyəti narahat edən qlobal problemlərin həllində xüsusi fəallıq göstərdi. Sözü ilə əməli həmişə bir olan Möhtərəm Prezidentimiz demişdir ki: “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq.” Bəli, dünyaşöhrətli Prezidentimiz verdiyi bütün vədlərə artıqlaması ilə əməl etdi və bu gün bütün dünya bunlara bir daha şahiddir.
Təbii ki, indiki çətin bir dövrdə Azərbaycan xalqının və dövlətinin tarixi nailiyyətlər əldə etməsi, böyük qələbələr, uğurlar qazanması Prezident İlham Əliyevin güclü liderlik keyfiyyətləri ilə sıx şəkildə bağlıdır və 44 günlük Vətən müharibəsində Şanlı Qələbənin əldə edilməsi, bu ilin sentyabr ayında keçirilən anti - terror əməliyyatı nəticəsində ölkənin suverenliyinin tam şəkildə bərpa edilməsi bunun növbəti sübutu oldu. Qələbəni şərtləndirən amillər içərisində Möhtərəm Prezidentimiz İlham Əliyevin yüksək intellekti və diplomatik məharəti, milli maraqların qorunmasında qətiyyəti və prinsipiallığı, onun rəhbərliyi ilə Azərbaycanın social - iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə misilsiz uğurları və xarici siyasətdə nailiyyətləri mühüm rol oynamışdır. Xalq - dövlət birliyinin möhkəmlənməsi istiqamətində Möhtərəm Prezidentimizin apardığı məqsədyönlü siyasətin məntiqi nəticəsi Vətən müharibəsi zamanı özünü parlaq şəkildə bir daha göstərdi. Müharibə dövründə ölkə vətəndaşları milli - etnik və dini mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında daha sıx birləşdi ki, bu da milli həmrəyliyin və vətəndaş birliyinin təcəssümü idi. Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın hərbi birləşmələrini cəmi 44 gün ərzində darmadağın etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası xalqımızın milli qürur hissini özünə qaytardı. Müharibənin ilk günlərindən başlayaraq Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri ilə bir yerdə oldu, onlarda böyük ruh yüksəkliyi yaratdı. Azərbaycan hərbçilərinin torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şücaət göstərməsi, bu yolda şəhidlik zirvəsinə ucalması xalqımızın yenilməzlik, mətinlik və qəhrəmanlığının ifadəsi oldu, şanlı qələbə ilə Azərbaycan bütün dünyaya bir daha öz gücünü göstərdi.
Ərazilərimiz işğaldan azad olunduqdan dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verildi. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salmağa başladı. Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə dövlət büdcəsindən 12 milyard manatdan artıq vəsait ayrılmışdır. Bəli, qısa bir müddətdə üç hava limanının inşa olunması, 100 kilometrlərlə dəmir və avtomobil yollarının, tunellərin çəkilməsi regionun logistik simasını tamamilə dəyişdirəcəkdir. İşğaldan azad olunmuş bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr qısa müddət ərzində icra edilir. İçməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, bir milyon insanın doğma yurd - yuvalarına qaytarılması, yüzlərlə məktəb, xəstəxana, idman komplekslərinin, mədəniyyət ocaqlarının inşası, habelə digər irihəcmli işlər artıq “Böyük Qayıdış” çərçivəsində reallaşdırılmaqdadır.
Bəli, müasir dövrdə dünya sürətlə dəyişir, yenilənir, qloballaşma prosesi yeni çağırışları meydana gətirir. Müstəqil Azərbaycan respublikası Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, dünya Azərbaycanlıların Lideri cənab İlham Əliyevin rəhbərliyi altında zaman -zaman möhtəşəm uğurlara və qələbələrə doğru inamla və qətiyyətlə irəliləyir.
Leyla Allahverdiyeva
YAP Qazax rayon təşkilatı ərazi partiya təşklatının sədri
Bölməyə aid digər xəbərlər
« Ноябрь 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |