11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Zaur Kərimovun Neftçala macəraları: Qalmaqallı məmura vəzifə verilir?

          Bu günlərdə 61 saylı Neftçala Seçki Dairəsinin sabiq sədri Zaur Kərimovun rayondakı hegemonluğu, hətta axund təyinatına belə müdaxiləsi haqda yazmışdıq.

     Bununla bağlı Mediaxeberleri.Az olaraq rayondakı mənbələrdən əldə etdiyimiz məlumatlar Z.Kərimovun gerçəkdən Neftçalada böyük səlahiyyətlər əldə etdiyini, hətta İcra başçısını nəzarətdə saxladığını düşünməyə əsas verir.

             Oğlu ilə bağlı qalmaqallar

    Mediada yer alan və rəsmən təkzib olunmayan məlumata görə Zaur Kərimovun oğlu Bəxtiyar Kərimov bu ilin əvvəllərində Neftçala ərazisində narkotik istifadəçisi kimi həbs olunub. Baş Narkotiklə Mübarizə İdarəsinin Cənub Regional İdarəsinə gətirilən B.Kərimov elə həmin gecə həbsdən azad edilib. Məlumata görə ərköyün məmur oğlunun bir müddət öncə Yasamal rayonunda saxlanılması barədə də məlumat əldə etdik . Lakin hansısa səbəbdən naməlum güc tərəfindən oradan da canını qurtarmağı bacarıb.

    Başqa bir iddia da maraq doğurur. Belə ki, 2021-ci ilin oktyabrında Neftçala rayon İcra Hakimiyyətinin baçşısı Mirhəsən Seyidov yol qəzası törətməsi haqda məlumat yayılmışdı.

    Məlumata görə icra başçısı axşam saatlarında Aşağı Surra və Kürqarabucaq kəndləri arasında idarə etdiyi "Toyota Camry" markalı maşınla yol kənarı ilə gedən Aşağı Surra kənd sakinini vurub. Vurulan şəxs ağır bədən xəsarəti alıb. Eyni zamanda hadisə yerində vurulan şəxsə aid olan qoyunlara da xəsarət yetirilib, qoyunlardan ikisi isə ölüb. İddialara görə o zaman hadisə Z.Kərimovun oğlunun adına rəsmiləşdirilib.

                   
Vətəndaşın 6 min manatı necə mənimsənib?

   “Neftçala-xidmət” Açıq Səhmdar Cəmiyyətinin keçmiş müdiri Səxavət Babayev ölkə başçısına etdiyi şikayət ərizəsinin sürətini Azerbaycanrealligi.com-a göndərərək ictimayiləşdirməsini xahiş edib sözü gedən şikayət ərizəsini olduğu kimi oxucularmızın diqqətinə çatdırırıq.

    “Neftçala-xidmət” Açıq Səhmdar Cəmiyyətinin 32 faiz səhm payımı 2014-cü ildə Neftçala rayon sosial idarəsinin o vaxtki rəisi, hazırda Neftçala rayon İcra Hakimiyyətində vəzifədə çalışan Kərimov Zaur Bəxtiyar oğluna 15.000 (on beş min) manata satın almasına razılaşdıq. Zaur mənə 9000 (doqquz min) manat beh verdi, 6000 (altı min) manat borclu qaldı və bildirdi ki, səhmləri Neftçala rayon maliyyə idarəsinin rəisi Manafov Rəşid Qəzənfər oğlu üçün alır, qalan 6000 (altı min) manatı sonra sənə alıb verərəm, notariat qaydasında alqı-satqı edərik. Mən Zaurla notariusa getdik, səhmlərimi onun adına müvəqqəti yəni alqı-satqı olana kimi keçirtdim, həmin vaxtdan pulumu tələb etsəm də, Zaur müxtəlif bəhanələr gətirərək pulu vermir. Odur ki, məcburiyyət qarşısında qalıb şikayətlər etməyə başladım. Prezidentə ünvanladığım müraciət, Rayon İcra Hakimiyyətinin hüquq şöbəsində baxıldı, məlum oldu ki, guya mən səhm payımı notariat qaydasında Zaura bağışlamışam. Mən evimi satıb səhm almışam ki, Zaura bağışlayım, özüm kirayədə dözülməz şəraitdə yaşayım?!

    Hazırda həbsdə saxlanılan keçmiş icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin cinayətkar qrupunun ən yaxın üzvü Kərimov Zaur, rayon notariusu ilə əlbir olub mənə məxsus 6000 (altı min) manat pulu qanunsuz yollarla ələ keçirib”.

                         DSK binasında makler fəaliyyəti
 


    Onu da bildirək ki, fermerlər Z.Kərimovun dairə sədri olduğu dönəmdə rayonda əsl torpaq bazarı açdığını bildirirlər. Belə ki, Mediaxeberleri.Az-a ünvanlanan müraciətdə bununla bağlı konkret faktlar yer alıb:

     ”Həsənabad qəsəbə sakini İsayev Asif Əmiraslan oğlu ilə iş birliyinə girərək, rayonun müxtəlif ərazilərində ona torpaq sahələri verib gəlirin on faizinə şərik olub.

     Ötən il Kürağzı dövlət fond torpağında, dənizin qorunma zolağında Ələkbərov Sərvər Sərdar oğluna hektarı 70 manatdan olmaqla 250 hektar torpaq satıb. Halbu ki, həmin ərazidə Zaur Kərimovla anlaşmadığı üçün İsbat Bayramov adlı fermer haqda inzibati tədbir görülmüşdü. Bu il isə, N saylı hərbi hissənin ərazisini şumlatıraraq əkin sahəsi kimi satmaq istəyir. Torpağın icarə müqaviləsi bitən fermerlərdən 1500 manat pul alaraq torpağın qanunsuz istifadəsinə şərait yaradır. Belə fermerlərdən biri rayonun Boyat kənd sakini Z. Kərimovla bu yaxınlarda eyni qiymətə anlaşıb. Lerik obasında Tofiq adlı şəxsin əli ilə fermerlərdən qanunsuz olaraq xərac yığır. Xol qəsəbəsində isə eyni işi Z. Kərimovun Vüsal adlı adamı görür. Birinci Mayak ərazisində Rəsul adlı şəxs Zaurla anlaşaraq 300 hektar ərazini əkir. Həmin ərazinin bələdiyyə sədri Nağıyev İmamnəzər Z. Kərimovun maxinasiya ortağıdır”.
   
    Rayon fermerlərinin sözlərinə görə Zaur Kərimov torpaq bazarlıqlarını açıq aşkar DSK binasında aparırmış və bütün fəaliyyətini icra başçısı ilə razılaşdırdığını bildirir.
   Onu məntəqələr formalaşarkən topladığı pullar və DSK üçün büdcədən ayrılan vəsaitlərlə bağlı əməliyyatlarını növbəti yazımızda dərc edəcəyik.

                        Qanunsuz torpaq alverinin qiymətləri
 


    Rayondan daxil olan şikayətlərdə iddia edilir ki, İcra başçısı faktiki olaraq fermer təsərrüfatının inkişafına əngəl olur. İddialara görə, fermerlər icarəyə götürdükləri torpaqlarla bağlı müqaviləni uzatmaq istədikdə müəyyən şərtlərlə qarşılaşırlar.

Bununla bağlı Mediaxeberleri.Az-a danışan mənbə bildirir:

“İcarə müaviləsi bitdikdən sonra ilk olaraq torpaq icarədara təklif olunmalıdır. Düzdür, təklif olunur, amma bunun şərti var. Torpağın hər hektarına görə min manat pul ödəməlisən. Bu pulu vermədikdə torpaq hərraca çıxarılır və şərtlərə əməl edənlərə verilir”.

    Bildirilir ki, müqaviləsi başa çatmayan fermerlər də icarələrində olan torpağa görə qeyri-rəsmi rüsum ödəməyə məcbur edilir:

    “Onlardan hər hektara görə 70 manat istənilir. Bundan imtina edən fermerlərdən həmin torpaqlar ən müxtəlif üsullarla alınır, yaxud onların fəaliyyətinə maneələr yaradılır. Məsələn, texnika sahəyə buraxılmır, yaxud hansısa bəhanə ilə torpaqda əkin-biçin aparılmasının qarşısı alınır və s.”

    İddia olunur ki, bu işlərin başında əvvəllər Neftçala Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi işləmiş, sabiq DSK Sədri olan Zaur Kərimov dayanır.

                              İcra başçısını təhdid edir?
 


    Bildirək ki, Zaur Kərimov bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyinin yerli şöbəsinin müdiri olub. İşində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. Lakin hansısa “sehrli əlin” dəstəyi ilə icra hakimiyyətində Baş məsləhətçi vəzifəsinə təyin edilib. Zaur Kərimovun qanunsuz əməlləri və buna görə işdən çıxarılması barədə mediada da yazılıb.

     Zaur Kərimovun vəzifəsini itirməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. Bəzi məlumatlara görə, məsələnin kökündə onun fəaliyyəti dayanır. Zaur Kərimovdan xeyli sayda şikayətlərin olması, xüsusilə, onun Neftçala Rayon İcra Hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi işləyərkən adının torpaq mübahisələrində hallanması DSK sədri kimi kareyrasının sonunu gətirib.

   Maraqlıdır ki, Zaur Kərimov çoxsaylı şikayətlər əsasında vəzifədən azad olunsa da, Neftçalanın icra başçısı Mirhəsən Seyidov onu işsiz qoymayıb. İddialara görə, İcra başçısı Zaur Kərimovu Neftçala Yod-Brom Zavoduna icraçı direktor təyin etdirmək fikrindədir...

    Bildirilir ki, hələ ki, bununla bağlı rəsmi qərar yoxdur. Amma bütün Neftçala Zaur Kərimovun artıq zavodun rəhbərliyinə gətirilməsindən danışır.

                              Özü də təəccüblə...



   Neftçala sakinləri İcra başçısının adının dəfələrlə qalmaqallarda, müxtəlif qanunsuz əməllərdə hallanan bu şəxsə etimad göstərməsinə təəccüblə yanaşırlar.


Tarix: 6-04-2023, 09:07 Oxunub: 916


Bölməyə aid digər xəbərlər