16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Prezident bu RAYONLARI ləğv etdi

Prezident İlham Əliyev “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanunu təsdiqləyib.
ATİA.AZ xəbər verir ki, sənədə əsasən, Gəncə şəhərinin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Azərbaycanın ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılıb.
Ləğv edilmiş Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri hesab edilib.
Ləğv edilmiş Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri, Cavadxan qəsəbə, Hacıkənd qəsəbə, Məhsəti qəsəbə, Nətavan qəsəbə, Sadıllı qəsəbə, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 3 və 4 nömrəli sahə inzibati ərazi dairələri, Cavadxan qəsəbə, Hacıkənd qəsəbə, Məhsəti qəsəbə, Nətavan qəsəbə, Sadıllı qəsəbə, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri hesab edilib.


Tarix: 2-04-2022, 13:11 Oxunub: 563


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031