11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bakı və Abşeronda bayram yarmarkası keçiriləcək



20-30 dekabr tarixlərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Kənddən Şəhərə” Yeni il yarmarkası təşkil olunacaq.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yarmarka Bakı və Abşeron ərazisində 3 fərqli ünvanda baş tutacaq. Yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 100-ə yaxın fermer kənd təsərrüfatı məhsullarının satışını həyata keçirəcək.
“Kənddən Şəhərə” Yeni il yarmarkası karantin rejiminin tələblərinə tam əməl olunmaqla keçiriləcək. Belə ki, yarmarkanın təşkil olunduğu ərazilərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq, tibbi-profilaktik vəziyyətə, o cümlədən vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına xüsusi nəzarət ediləcək. Həmçinin fermerlərin və yarmarkanı ziyarət edən vətəndaşların temperaturları ölçüləcək, onlar zəruri tibbi ləvazimatlarla (tibbi maska, əlcək, spirt və s.) təmin olunacaqlar.
Qeyd edək ki, “Kənddən Şəhərə” Yeni il yarmarkasında iştirak ödənişsizdir. Burada fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi və digər ləvazimatlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən logistika dəstəyi göstəriləcək.
“Kənddən Şəhərə” Yeni il yarmarkası Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı), Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı) və Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A ünvanlarında təşkil olunacaq.



Tarix: 15-12-2021, 14:19 Oxunub: 302


Bölməyə aid digər xəbərlər