Xırdalanda mənzildə 50 yaşlı kişinin meyiti tapılıb -YENİLƏNİB

Abşeron rayonunda mənzildə kişi meyiti tapılıb.
ATİA.AZ Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1971-ci il təvəllüdlü Əfəndiyev Nofəl Ağamala oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

'ldə etdiyimiz məlumata görə, Xırdalan şəhərində mənzildən meyiti tapılan 50 yaşlı Əfəndiyev Nofəl Ağamalı oğlu tanınmış jurnalist Ağamalı Sadiqin oğludur. Məlumata əsasən N. Əfəndiyev bir neçə il əvvəl beyin əməliyyatı keçirib.
Mərhumun sabah doğulduğu Qazax rayonu Qaymaqlı kəndində dəfn ediləcəyi bildirilir.
Allah rəhmət eləsin!!!


Tarix: 28-10-2021, 18:54 Oxunub: 641


Bölməyə aid digər xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930