Bakıda Qazax rayon sakini saxlanılıb...

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha 1 nəfər tutulub. Bu barədə DİN-dən verilən məlumatda deyilir.

Belə ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Yaşar İsmayılov saxlanılıb. Onun üzərindən 12 ədəd kibrit qutusunda satış üçün qablaşdırdığı narkotik vasitə olan marixuana və 1 ədəd elektron tərəzi aşkar edilib. Yaşar İsmayılov aşkar edilən narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkə vətəndaşından aldığını Balaxanı qəsəbəsində satışını həyata keçirdiyini bildirib.

Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib. Yaşar İsmayılov tutularaq istintaqa cəlb olunub. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 

DİA.AZ


Tarix: 9-08-2021, 13:48 Oxunub: 746


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930