16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Bakıda restoranda partlayış: Yaralılar var

Bakıda restoranda partlayış olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Səbail rayonunda restorana aid həyətyanı ərazidə hər birinin tutumu 40 litr olan 3 ədəd məişət qaz balonundan biri partlayıb, digər iki balonun başlıq hissəsi, həmçinin taxta tullantıları 30 kvadratmetr sahədə yanıb.
Partlayış nəticəsində dörd nəfər restoran işçisi yanıq xəsarətləri alıb. Xəsarət alanlar yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunaraq təcili tibbi yardım briqadasına təhvil veriliblər.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.


Tarix: 14-05-2021, 23:31 Oxunub: 417


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031