Bakıda orta məktəbdə yanğın olub

Bakıda orta məktəb binasında yanğın hadisəsi qeydə alınıb.
Bu barədə  Fövqəladə Hallar Nazirliyi  xəbər verir.
Məlumata görə, Xətai rayonunda ümumi sahəsi 1 000 m² olan ikimərtəbəli orta məktəb binasının ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 12 kv.m  sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tarix: 10-01-2021, 09:35 Oxunub: 751


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930