Vətən müharibəsi şəhidinin universitet diplomu atasına verildi - FOTO

Bu gün Bakı Slavyan Universitetində (BSU) Vətən müharibəsinin şəhidi, BSU-nun Tərcümə fakültəsinin məzunu Kənan Rüstəmlinin atası Yalçın Rüstəmli və şəhidin dayısı Elimxan Səlimovla  görüş keçirilib.
Bu barədə BSU-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə BSU-nun prorektorları iştirak ediblər.
BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov şəhid Kənan Rüstəmlinin diplomunu atasına təqdim edib. Professor Rafiq Novruzov bildirib ki, yaxın günlərdə şəhidin universitetin ictimai həyatında iştirak etdiyi tədbirlərin görüntülərindən ibarət videoçarx hazırlanacaq.
Qeyd edək ki, Kənan Rüstəmli BSU-nu 2020-ci ildə bitirib. Həqiqi hərbi xidmətə yollanan Kənan Rüstəmli Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə düşmənə qarşı igidliklə vuruşub.
Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.



Tarix: 31-03-2021, 20:53 Oxunub: 595


Bölməyə aid digər xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930